ABŞ müdafiə naziri Lloyd Ostin hesab edir ki, Rusiya gələcəkdə NATO-ya meydan oxuya bilər.
O, bu barədə ABŞ Senatının Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə bildirib.
“Mən şübhə etmirəm ki, gec-tez Rusiya NATO-ya meydan oxuya biləcək və biz bir-birimizə atəş açacağımız vəziyyətə düşəcəyik.
Ostin bildirib ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatı uğurlu olarsa, bu, qonşu ölkələrin, xüsusilə də Baltikyanı ölkələrin təhlükəsizliyini təhlükə altına atacaq. (APA)