Müsavat başqanı Arif Hacılının oğlu həbs edilib

Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı həbs edilib. 

Azpost.info bildirir ki, bu barədə Arif Hacılı özünün Facebook profilində məlumat verib.

“Oğlumu həbs etdilər. Haqqında məlumat verilən qəza hadisəsində toqquşan avtomobildə olan sürüсünün xəsarət almasını sənədləşdirmək cəhdləri baş tutmadıqdan və hadisənin üzərindən 20 gün keçdikdən sonra yeni “zərərçəkən” tapıblar. Guya kimsə yoldan keçərkən bu qəza nəticəsində xəsarət alıb.

Halbuki özlərinin yaydığı videogörüntüdə də orada başqa kimsənin olmadığı aydın görünür”.

Qeyd edək ki, Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılmışdı.  Sosial şəbəkədə yayılan görüntülərdə Yasamal rayonu ərazisində, Hüseyn Cavid prospektində sərxoş olduğu iddia olunan sürücünün qəza törətdiyi əks olunurdu.

“Honda” markalı avtomobil manevr edəndə bir neçə avtomobilə çırpılmışdı. Qəza nəticəsində xəsarət alanların olduğu, avtomobillərə ziyan dəydiyi bildirilirdi.

Əvvəlki məqalə

Rusiya Ukraynada uğur qazansa qonşu ölkələr təhlükə altına düşəcək –

Sonrakı məqalə

Rəqs edən sərxoş qız toy mağarını dağıtdı –