Rusiya Ukraynada uğur qazansa qonşu ölkələr təhlükə altına düşəcək –ABŞ müdafiə naziri

ABŞ müdafiə naziri Lloyd Ostin hesab edir ki, Rusiya gələcəkdə NATO-ya meydan oxuya bilər.

O, bu barədə ABŞ Senatının Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə bildirib.

“Mən şübhə etmirəm ki, gec-tez Rusiya NATO-ya meydan oxuya biləcək və biz bir-birimizə atəş açacağımız vəziyyətə düşəcəyik.

Ostin bildirib ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatı uğurlu olarsa, bu, qonşu ölkələrin, xüsusilə də Baltikyanı ölkələrin təhlükəsizliyini təhlükə altına atacaq. (APA)

Əvvəlki məqalə

Sülhməramlıların hərbi texnikası Rusiyaya göndərilir –

Sonrakı məqalə

Müsavat başqanı Arif Hacılının oğlu həbs edilib