“Rusiya Ukraynadakı muzdlu əsgərləri və Qərb generallarını məhv edəcək”- LAVROV

“Ukrayna ordusu mülki infrastrukturlardan muzdlu əsgərlər və Qərb generalları ilə görüş üçün istifadə edir. Rusiya bu yığıncaqları aşkar edən kimi məhv edəcək”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

XİN rəhbəri qeyd edib ki, Kramatorskda əcnəbi muzdlular mülki infrastrukturdan istifadə ediblər.

“Ukrayna hərbçiləri ilə muzdluların, Qərb generalları və təlimatçılarının görüşləri üçün mülki obyektlərdən istifadə edilməsi Kiyevin günahıdır. Ötən gün Kramatorskda olduğu kimi belə yığıncaqları aşkar etsək, onları məhv edəcəyik. Çünki bunlar bizə müharibə elan edən insanlardır”, – Lavrov bildirib.

O, həmçinin NATO ölkələrini diqqəti ukraynalıların ağır silahlarını yerləşdirmək üçün mülki infrastrukturdan istifadə etməsinə yönəltməyə çağırıb.

Azpost.info

Əvvəlki məqalə

Fransanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb

Sonrakı məqalə

“Putin hərbi qiyamın təsirindən zəifləyib” –