“Rusiya Ukraynanı tərk etməli və təzminat ödəməlidir!”- Britaniya Baş naziri

“Rusiya Ukraynanı tərk etməli və Kiyevə təzminat ödəməlidir”.

Azpost.info xəbər verir ki, bu barədə “Evening Standard” bunu Britaniya Baş naziri Liz Trasa istinadən yazıb.

Tras bildirib ki, yalnız təzminat ödənildikdən sonra Rusiya beynəlxalq arenada bərabərhüquqlu tərəfdaş hesab edilə bilər.

“Birincisi, Rusiya Ukraynanı tərk etməlidir. İkincisi, biz əmin olmalıyıq ki, Rusiya Ukraynada baş verənlərə görə lazımi təzminat ödəyəcək və onunla həmsərhəd olan ölkələri bir daha heç vaxt təhdid etməyəcək” – Baş nazir qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Hərbi xidmətdə bədbəxt hadisə nəticəsində dünyasını dəyişən hərbçilərə şəhid statusunun verilməsi təklif edilib

Sonrakı məqalə

Kibertəhlükəsizlik üzrə kadrların hazırlanmasına israilli mütəxəssislər cəlb olunacaq