“Rusiya Ukraynanın 1300 məktəbini tamamilə dağıdıb”- BMT-nin HESABATI

Ukrayna hökumətinin nəzarətində olan ərazidə 1300-dən çox məktəb tamamilə dağıdılıb.

Azpost.info xəbər verir ki, UNICEF-in (BMT-nin Uşaq Fondu) hesabatına görə, Rusiya hərbçiləri tərəfindən davamlı atəşə tutulması məktəblilərin yalnız üçdə birinin dərslərə şəxsən iştirak edə bilməsi ilə nəticələnib.

“Artilleriya və ya raket hücumları təhlükəsi səbəbindən məktəbəqədər yaşlı uşaqların üçdə ikisi uşaq bağçalarına getmir. Cəbhə bölgələrində isə valideynlərin dörddə üçü uşaqlarını məktəbəqədər uşaq müəssisələrinə aparmağa qorxur”, – sənəddə qeyd olunur.

“Ukrayna ərazisində məktəblərə hücumlar dayanmır, buna görə uşaqlar ağır stresə məruz qalır və təhsil almaq üçün təhlükəsiz yerlərdən məhrum olurlar. Nəticədə ukraynalı uşaqlar nəinki yeni biliklərə yiyələnməkdə uğur qazana bilmirlər, həm də məktəbləri tam fəaliyyət göstərən zaman öyrəndiklərini saxlamaqda çətinlik çəkirlər”, – UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Regina De Dominiçis bildirib.

O da qeyd olunur ki, ailələri müharibədən xaricə qaçan uşaqların yarıdan çoxu dil maneələri və təhsil sistemindəki fərqlər səbəbindən yerli təhsil müəssisələrinə daxil olmayıb. Yerli məktəblərə getməyən qaçqın uşaqlar ya Ukrayna kurikulumu, ya da digər distant təhsil platformaları vasitəsilə onlayn təhsil alırlar.

Azpost.info

 

Əvvəlki məqalə

Şeyxülislam G20 Dinlərarası Forumun konfransında iştirak edib

Sonrakı məqalə

Bakcell parkinq ödənişlərini sürətli etdi