Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Şeyxülislam G20 Dinlərarası Forumun konfransında iştirak edib

User 30 Avqust 2023 - 15:16 (Last updated: 21 May 2025 - 20:15)
seyx sefer

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Ekumenik Patriarxatın və BƏƏ paytaxtı Abu Dabidə yerləşən Təhlükəsiz Toplumlar üçün Dinlərarası Alyans birgə təşkilatçılığı ilə İstanbulda təşkil edilən “Praktiki əməkdaşlıq: Tək Dünya, Tək Ailə, Tək Gələcəyə Doğru” konfransında iştirak edib.

Bu barədə  QMİ-dən məlumat verilib.

Konfransda iqlim dəyişikliyi, ksenofobiya, terrorizm, nifrət çağırışları kimi müasir dünyanı təhdid edən hallar, qaçqın və köçkünlərin, eləcə də qadınların və uşaqların hüquqlarının qorunması məsələləri müzakirə olunub.

Xristian-müsəlman akademik dialoqu çərçivəsində təşkil edilən konfransın açılışında Ekumenik Patriarx Varfolomey çıxış edib.

Daha sonra söz Şeyxülislam Allahşükür Paşazadəyə verilib. Tədbir iştirakçıları salamlayan QMİ sədri ümumi evimiz olan Yer kürəsində qlobal ekoloji və iqtisadi problemlərin, beynəlxalq sabitlik və təhlükəsizliyə ideoloji və praktiki maneələrin artdığı müasir dövrdə siyasi, ictimai və dini liderlərin birgə səylərinin və dinlərarası dialoqun olduqca vacib olduğunu vurğulayıb. O, dünyada beynəlxalq sabitliyə və təhlükəsizliyə böyük təhdid olan ksenofobiya təzahürləri, o cümlədən, islamofobiya, xristianofobiya və antisemitizm hallarına toxunaraq qeyd edib ki, bəzi Avropa ölkələrində dövlət orqanlarının razılığı ilə müsəlmanların müqəddəs kitabı olan Quranın təhqir edilməsi və yandırılması faktları dinləri və cəmiyyətləri nifrətə təhrik edən, qarşıdurmanı alovlandıran mənəvi terrordur.

QMİ sədri tədbir iştirakçılarının nəzərinə çatdırib ki, Azərbaycan xalqı öz Prezidentinin rəhbərliyi ilə beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə və onun 4 qətnaməsinə əsaslanaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etmişdir. “Biz bu gün işğal dövründə dağıdılmış milli, dini-mənəvi abidələrimizi bərpa edir, işğaldan azad edilmiş torpaqlarımızı minalardan təmizləyərək yenidənqurma işləri aparırıq. Azərbaycan multikultural ənənələrə malik tolerant ölkədir. Azərbaycanda din və məzhəb ayrıseçkiliyinə yol verilmədən bütün dini icmalar bərabər hüquqlarla təmin olunur, dövlətin qayğı və himayəsi ilə öz ibadətlərini icra edir. Bu, bizim dövlətimizin milli siyasəti və dini dəyərlərə olan ehtiramının göstəricisidir.”

Konfrans çərçivəsində QMİ sədri Ekumenik Patriarxla ayrıca görüşüb. Tərəflər dinlərarası dialoqun vacibliyini, eləcə də müasir dünyanı təhdid edən problemlərin həllində dini liderlərin artmaqda olan nüfuzunu və rolunu məmnunluqla vurğulayıblar.

Post navigation

Previous: Fransanın növbəti təxribatı baş tutmayıb
Next: “Rusiya Ukraynanın 1300 məktəbini tamamilə dağıdıb”

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.