Rusiya Ukraynanın Çerkassk vilayətinə raket zərbəsi endirib

Rusiya səhər saatlarında Ukraynanın Çerkassk vilayətinə raket zərbəsi endirib.

Azpost.info UNİAN-a istinadən bildirir ki, bu barədə Çerkassk vilayət Dövlət Administrasiyasının sədri İqor Taburets bildirib.

“Səhər düşmən bizim Çerkassk vilayətinə hücum etdi”- deyə qeyd edən Taburets bildirib ki, yüksəksürətli hava hədəfinə qarşı hərtərəfli hava hücumundan müdafiə sistemi tətbiq edilib.

“İlkin məlumatlara görə, Çerkassk vilayətində kritik infrastruktur obyekti zədələnib. Taburets əlavə edib ki, bütün xidmətlər yerində işləyir.

Qeyd edək ki, səhər tezdən Ukraynanın 4 regionunda – xüsusilə, Sumı, Kiyev, Çerkassk və Poltava vilayətlərində raket təhlükəsi elan edilib.

Əvvəlki məqalə

“Kiyev ATACMS raketləri ilə Krım körpüsünə hücum edəcək”

Sonrakı məqalə

Kiyev Rusiya ordusunun uzaq hədəflərini vurmağa başlayacaq-