Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rusiya Ukraynaya 40 qanadlı və ballistik raket, 580 dron atıb

User 20 Sentyabr 2025 - 12:02 (Last updated: 20 Sentyabr 2025 - 12:02)
zelenski01

Ukrayna gecə boyu Rusiyanın kütləvi hava hücumu altında olub. Düşmən 40 qanadlı və ballistik raketdən, təxminən 580 müxtəlif tipli drondan istifadə edib.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski öz Teleqram səhifəsində yaydığı məlumatda bildirib.

“Bütün gecəni səmanı qoruyan əsgərlərimizə və bu gün öz bacarıqlarını bir daha nümayiş etdirərək Ukraynanı qanadlı raketlərdən səmərəli şəkildə müdafiə edən F-16 pilotlarımıza təşəkkür edirəm”, – deyə Zelenski əlavə edib.

O bildirib ki, Dnepr şəhəri və ətraf rayonlar, Nikolayev, Çerniqov, Zaporojye, Poltava, Kiyev, Odessa, Sumı və Xarkov vilayətlərinin yaşayış məntəqələri hücuma məruz qalıb. “Düşmən infrastrukturumuzu, yaşayış məntəqələrimizi və mülki müəssisələrimizi hədəfə alıb. Dneprdə kasetli sursat daşıyan raket birbaşa hündürmərtəbəli binaya düşüb. Atəş nəticəsində onlarla insanın yaralandığı məlumdur. Təəssüf ki, 3 nəfər həlak olub. Onların ailələrinə və yaxınlarına başsağlığı verirəm”, – deyə Zelenski qeyd edib.

O diqqətə çatdırıb ki, hər bir belə zərbə hərbi zərurət deyil, dinc əhalini qorxutmaq və infrastrukturu məhv etmək üçün Rusiyanın düşünülmüş strategiyasıdır. “Məhz buna görə güclü beynəlxalq reaksiya lazımdır. Ukrayna sübut etdi ki, özünü və Avropanı müdafiə edə bilər, lakin etibarlı hava müdafiəsini yaratmaq üçün birlikdə hərəkət etməliyik: hava hücumundan müdafiəni gücləndirməli, silah tədarükünü artırmalı, Rusiya ordusuna və onu maliyyələşdirən sektorlara qarşı sanksiyaları genişləndirməliyik”, – deyə Ukrayna Prezidenti vurğulayıb.

AzPost.az

Post navigation

Previous: Mehriban Əliyeva Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Next: Sabaha olan hava proqnozu

Oxşar xəbərlər

tramp cixis
  • Dünya

“Razılaşma əldə olunmasa, İrana qarşı yeni addımlar ata bilərik” – TRAMP

User 02 Noyabr 2026 - 09:53
tramp netanyahu
  • Dünya

Netanyahu müharibəni yenidən başlamaq üçün Trampa təzyiq göstərir

User 01 Noyabr 2026 - 23:02
Tramp
  • Dünya

İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP

User 01 Noyabr 2026 - 21:28

xƏBƏR

burcler
  • Maraqlı

4 bürc üçün çətin günlər bitir – Noyabrda həyatlarında nələr dəyişəcək?

User 02 Noyabr 2026 - 10:25
Astroloq Helen Hatorun proqnozuna görə, Veneranın Tərəzi bürcünə qayıtması Dolça, Buğa, Əqrəb və Şir bürclərinə ətrafdakılarla münasibətləri...
Read more about 4 bürc üçün çətin günlər bitir – Noyabrda həyatlarında nələr dəyişəcək?
Çox yeyib kökəlməmək mümkündür? – Məşqçi vacib məqamları açıqladı pehriz
  • Maraqlı

Çox yeyib kökəlməmək mümkündür? – Məşqçi vacib məqamları açıqladı

User 02 Noyabr 2026 - 10:15
Ürəyi dayanan insanların beyni nə qədər işləyir? – Yeni araşdırma diqqət çəkdi urek
  • Maraqlı

Ürəyi dayanan insanların beyni nə qədər işləyir? – Yeni araşdırma diqqət çəkdi

User 02 Noyabr 2026 - 10:05
“Razılaşma əldə olunmasa, İrana qarşı yeni addımlar ata bilərik” – TRAMP tramp cixis
  • Dünya

“Razılaşma əldə olunmasa, İrana qarşı yeni addımlar ata bilərik” – TRAMP

User 02 Noyabr 2026 - 09:53
Bu günə olan valyuta məzənnələri bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 02 Noyabr 2026 - 09:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.