“Rusiya və terrorizm NATO-nun qarşılaşdığı iki önəmli təhdiddir” –Çavuşoğlu

Türkiyə NATO-nun açıq qapı siyasətinə heç bir zaman qarşı olmayıb.

Bu barədə Praqada Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu çexiyalı həmkarı Yan Lipavski ilə birgə mətbuat konfransı zamanı deyib.

O, İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəyini xatırladaraq, Rusiya və terrorizmin NATO-nun qarşılaşdığı iki ən önəmli təhdid olduğunu qeyd edib. Nazir əlavə edib ki, təşkilat çərçivəsində bütün müttəfiqlərin narahatlıqları nəzərə alınmalıdır və Türkiyə İsveç və Finlandiyanın alyansa üzvlüyü ilə bağlı öz fikrini tərəflərə çatdırıb. (APA)

Əvvəlki məqalə

Ermənistana gələn turistlərin sayı azalıb

Sonrakı məqalə

Bayden “Zelenski bizi eşitmək istəmədi“ dedi,