Rusiyanın Azərbaycandakı səfirliyi Gəncənin atəşə tutulması nəticəsində Rusiya Federasiyası vətəndaşının öldüyünü təsdiq edib.
Azpost.info RİA-ya istinadən bildirir ki, bu barədə səfirlik məlumat yayıb.
“Bəli, biz bu informasiyanı təsdiq edirik”-deyə səfirliyin press-ataşesi Alina Zolotaryova bildirib. O bildirib ki, səfirlik mərhumun valideynləri ilə əlaqə saxlayıb, baş sağlığı verib. Bu gün dəfn olunacaq”.
Xatırladaq ki, 2007-ci il təvəlüdlü Rusiya vətəndaşı Ermənistanın Gəncəyə atdığı raket zərbəsi nəticəsində ağır yaralanıb. O, şənbə günü vəfat edib.