Rusiyaya birləşdirilmiş Krımın erməni icmasının könüllü dəstələri Dağlıq Qarabağa gəlib.
Azpost.info bildirir ki, bu gün separatçı rejimin başçısı Araik Arutunyan icma rəhbəri Armen Marotyanla görüşüb. Krımdan gəlmiş dəstənin rəhbəri “taleyüklü gündə birlik” üçün gəldiklərini deyib.
O, bildirib ki, Krım erməniləri Qarabağdakı ermənilər dəstəkləyir.
Krımdan Rusiya vətəndaşları olan şəxslərin könüllü dəstə ilə ilə Dağlıq Qarabağa səfəri qeyri-qanunidir. Bu iki ölkə arasında olan münasibətlərdə gərginlik yaradır.