Rusiya və ABŞ müdafiə nazirləri yenə Ukraynanı müzakirə ediblər

Rusiya müdafiə naziri Sergey Şoyqu və ABŞ müdafiə naziri Lloyd Ostin arasında son 3 gündə ikinci dəfə telefon danışığı olub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı Ukraynadakı vəziyyət müzakirə edilib.

Bundan əvvəl oktyabrın 21-də Rusiya və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub.

Qeyd edək ki, bu gün Sergey Şoyqu ilə Türkiyə, Böyük Britaniya və Fransa müdafiə nazirləri ilə telefon danışığında da Ukraynadakı vəziyyəti müzakirə edib.

Əvvəlki məqalə

Tərtərdə 26 yaşlı gənc minaya düşüb-

Sonrakı məqalə

Bıçaqlanandan sonra Salman Rüşdinin bir gözü görmür-