Tərtərdə 26 yaşlı gənc minaya düşüb-Hər iki ayağını itirib

Bu gün saat 17 radələrində Tərtər rayonun Çaylı kəndi ərazisində rayon sakini Samir Əlizadə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat verib.
O, polis əməkdaşları tərəfindən dərhal xəstəxanaya yerləşdirilib, müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Tərtər rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, ilkin araşdırmalarla həmin ərazidə olarkən 1996-cı il təvəllüdlü Samir Əlizadənin minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alaraq hər iki ayağının amputasiya olunması müəyyən edilib.
Əvvəlki məqalə

Azərbaycanda son sutkada 46 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

Rusiya və ABŞ müdafiə nazirləri yenə Ukraynanı müzakirə ediblər