Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rusiya və İran prezidentləri Qarabağı müzakirə edib

User 26 Sentyabr 2023 - 15:46 (Last updated: 21 May 2025 - 20:15)
putin reisi

Rusiya və İran prezidentləri arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətinin məlumatına görə, İran tərəfinin təşəbbüsü ilə Vladimir Putin İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb.

İbrahim Rəisi İranın BRİCS-ə qoşulmaq üçün müraciətinə verdiyi dəstəyə görə rusiyalı həmkarına təşəkkür edib. Rusiyanın 2024-cü ildə sədrliyi nəzərə alınmaqla, bu Birliyin tamhüquqlu fəaliyyətinə İranın tamformatlı əlaqəsini təmin etmək üçün addımlar müzakirə edilib.

Qarabağ ətrafındakı vəziyyət və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Vladimir Putin Rusiya sülhməramlı kontingentinin fəaliyyəti, o cümlədən mülki şəxslərə humanitar yardımın göstərilməsi, Qarabağın erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin qorunması barədə məlumat verib.

Rusiya və İran prezidentləri bütün məsələlərin müstəsna olaraq sülh, siyasi və diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar. “3+3” məsləhətçi regional platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyə) işinin fəallaşdırılmasında qarşılıqlı maraq ifadə olunub.

İkitərəfli gündəliyə baxılarkən Rusiya-İran əməkdaşlığının konstruktiv və qarşılıqlı faydalı xarakterindən məmnunluq ifadə olunub. Ticarət-iqtisadi əlaqələri daha da gücləndirmək, enerji və nəqliyyat sənayesində iri birgə layihələri təşviq etmək, işgüzar dairələr və turizm mübadilələri xətti ilə əlaqələrin genişləndirilməsi niyyəti təsdiqlənib.

Post navigation

Previous: Söyüdlü hadisələri ilə bağlı dövlət komissiyasının iclası keçirilib –
Next: Şakira dələduzluqda ittiham olunur

Oxşar xəbərlər

tramp iran
  • Dünya

Tramp gələn həftə İrana zərbə endirə bilər – Associated Press

User 30 Oktyabr 2026 - 19:12
bomba teyare
  • Dünya

Tramp İrana yeni zərbə hazırlayır? – “Bütün bombaların anası” gündəmdə

User 30 Oktyabr 2026 - 15:22
zelenski
  • Dünya

Zelenski Putinə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirdi

User 30 Oktyabr 2026 - 14:22

xƏBƏR

ayaq oynaq
  • Maraqlı

Oynaq ağrılarından qorunmaq üçün 6 faydalı qida – Mütəxəssislər tövsiyə edir

User 30 Oktyabr 2026 - 20:15
Sağlam oynaqlar ağrısız və sərbəst hərəkət etməyə imkan verir. Lakin artıq oynaqlarda narahatlıq hiss edirsinizsə, rasionunuza antioksidant...
Read more about Oynaq ağrılarından qorunmaq üçün 6 faydalı qida – Mütəxəssislər tövsiyə edir
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib ilam futbol
  • İdman

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib

User 30 Oktyabr 2026 - 19:53
Tramp gələn həftə İrana zərbə endirə bilər – Associated Press tramp iran
  • Dünya

Tramp gələn həftə İrana zərbə endirə bilər – Associated Press

User 30 Oktyabr 2026 - 19:12
“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
65 yaşdan sonra həftədə neçə dəfə çimmək lazımdır? hamam
  • Maraqlı

65 yaşdan sonra həftədə neçə dəfə çimmək lazımdır?

User 30 Oktyabr 2026 - 18:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.