Rusiya və Qazaxıstan prezidentləri Moskvada görüşüb

Kremldə Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında görüş keçirilib.

Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, görüşdə V. Putin iki ölkə arasında bütün istiqamətlərdə təmasların yüksək səviyyədə olduğunu bildirib.

“Pandemiyaya baxmayaraq, keçən il bir az geriləmə yaşadıq – təxminən 4 faiz, lakin bu ilin ilk yarısında ticarət dövriyyəsi 33 faizdən çox artıb. Beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edirik. Mən Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi Şurasını nəzərdə tuturam. Bütün sahələrdə yaxşı irəliləyiş var. Müttəfiq münasibətlərimiz güclənir, yeni keyfiyyət əldə edir. Amma əlbəttə ki, xüsusən indi ən aktual məsələlərdən biri Əfqanıstanda inkişaf edən hadisələrlə əlaqədar təhlükəsizlik məsələsidir”, – deyə Rusiya dövlət başçısı qeyd edib.

Qazaxıstan Prezidenti rusiyalı həmkarına dəvətə görə təşəkkürünü bildirib: “Həqiqətən əlaqələrimiz pandemiya dövründə belə heç vaxt kəsilməmişdi. “Onlayn” işlədik, telefonla danışdıq. Ancaq, necə deyərlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır. Qazaxıstan və Rusiya müttəfiqdir, beynəlxalq gündəm olsun, təhlükəsizlik problemləri, xüsusən də ikitərəfli əməkdaşlıq məsələləri, gündəmdə olan bütün məsələlər üzərində daim çalışırıq. Ölkələrimiz arasındakı əlaqələrin strateji tərəfdaşlıq ruhunda uğurla inkişaf etməsi sevindirici haldır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakının “Hacı Əjdərbəy” məscidinin imamı Bəhruz Əzizov vəfat edib-

Sonrakı məqalə

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub