Rusiya və Türkiyəyə 10 istiqamət üzrə avtobus marşrutu açılıb –RƏSMİ

Rusiya və Türkiyəyə 10 istiqamət üzrə avtobus marşrutu rəsmiləşdirilib.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib.

Azərbaycan Respublikasının Höküməti ilə Rusiya Federasiyası və Türkiyə Respublikası Hökümətləri arasında imzalanmış beynəlxalq avtomobil əlaqələri haqqında Sazişlərə uyğun olaraq, 2021-ci il üçün Rusiya Federasiyasına 8, Türkiyə Respublikasına isə 2 istiqamət olmaqla, 10 istiqamət üzrə beynəlxalq müntəzəm avtobus marşrutlarının rəsmiləşdirilməsi təmin olunub.

Əlavə olaraq, Qazax rayonunun Ağköynək kəndi ərazisində təşkil olunan avtostansiyaya Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”yə uyğun olaraq 3-cü kateqoriyalı avtostansiya pasportu verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Cənab Baydenin yuxudan oyanması lazımdır” –

Sonrakı məqalə

MSK-nın yeni tərkibdə ilk iclasının vaxtı məlum olub