Dmitri Peskov
“Hazırda Rusiya və Ukrayna arasında dialoq üçün heç bir ilkin şərt yoxdur”.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Ukrayna prezidenti Vladimir Zelenskinin ölkənin NATO-ya daxil olması ilə bağlı sözləri Kiyevin danışıqlar masası arxasında problemləri həll edə bilməməsindən xəbər verir. Avropa ölkələri NATO-nun potensial genişlənməsinin qıcıqlandırıcı olduğunu başa düşürlər”, – Peskov deyib.
O eyni zamanda qeyd edib ki, indi dünya mücərrəd şəkildə də olsa, sülh müqaviləsini fəal şəkildə müzakirə edir.
Azpost.info
