“Rusiya və Ukraynadan kənd təsərrüfatı məhsullarının Qara dəniz vasitəsilə dünya bazarlarına maneəsiz çıxarılması olduqca vacibdir”.
Azpost.info xəbər verir ki, bunu BMT- Baş katibi Antonio Quterreş Türkiyənin müdafiə naziri Hulusi Akarla İstanbul Birgə Koordinasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
“Rusiya və Ukraynadan ərzaq və gübrə ixracının artırılması qlobal ərzaq bazarları üçün vacibdir və ərzaq qiymətlərinin aşağı düşməsinə kömək edəcək”, – Quterreş bildirib.
Onun sözlərinə görə, BMT ABŞ-la birlikdə Rusiyadan sanksiyaya məruz qalmayan kənd təsərrüfatı məhsulları və gübrələrin ixracı, o cümlədən gəmilərin daşınması, maliyyələşdirilməsi və sığortası ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması üzərində işləyir.
Baş katib Rusiya məhsullarını beynəlxalq bazarlara çıxarmaq üçün bütün hökumətlərin və özəl sektorun əməkdaşlıq etməsini vacib sayıb.
Azpost.info
