Rusiya XİN ABŞ-nin Navalnının ölümü ilə bağlı reaksiyasını tənqid edib

Rəsmi Moskva ABŞ-ni Aleksey Navalnının ölümü ilə bağlı geniş ittihamlar səsləndirmək əvəzinə, təmkin nümayiş etdirməyə və məhkəmə-tibbi ekspertizanın nəticələrini gözləməyə çağırıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

“Niyə ABŞ üçün Rusiya vətəndaşının ölümü Ukrayna həbsxanasında işgəncə ilə öldürülən amerikalı Qonzalo Liranın ölümündən daha vacibdir?”, – deyə Rusiya XİN Vaşinqtona sualla müraciət də edib.

Əvvəlki məqalə

Yaponiyanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

Sonrakı məqalə

Prezident İlham Əliyev ilə Türkiyənin XİN rəhbəri ilə Münxendə görüşüb