“Bakıdan KTMT-yə müşahidəçi statusu ilə bağlı müraciət daxil olmayıb” –Rusiya XİN

Azərbaycan tərəfindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müşahidəçi statusunun verilməsi ilə bağlı müraciət daxil olmayıb.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksandr Bikantov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Rusiya XİN rəsmisi KTMT-yə üzv ölkələrin təşkilatın informasiya sahəsində açıqlığın, eləcə də xarici əlaqələrinin genişlənməsi istiqaməti götürdüyünü söyləyib: “Qəbul edilmiş sənədlər KTMT-nin fəaliyyətinə müxtəlif maraqlı ölkələrin tərəfdaş və ya müşahidəçi qismində cəlb olunmasına imkan verir. Bu cür qərarlar məlum olduğu kimi konsensus əsasında qəbul olunur. Azərbaycan tərəfindən bu cür müraciət hələ ki, edilməyib. Ümid edirik ki, digər ölkələr və beynəlxalq strukturlarla konstruktiv əməkdaşlığın möhkəmləndirilməsi təşkilata inamın artmasına və təşkilatın cavabdeh olduğu məkanın təhlükəsizliyinin möhkəmləndirilməsinə yardım edəcək“. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Si Cinpin: “Çin bu il dünyaya 2 milyard doza COVID-19 peyvəndi verəcək”

Sonrakı məqalə

Azərbaycan FHN-i qüvvələri Kəmərköy və Yeniköy IES-i mühafizəyə götürüb