Rusiya XİN başçısı İranlı həmkarı ilə Qarabağı müzakirə edib

“İranlı həmkarımla Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə mətbuat konfransında deyib.

O bildirib ki, tərəflər noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın icrasından məmnun olduqlarını bəyan ediblər. “Bundan sonra əlaqələrimiz daha səmərəli inkişaf edəcək. Regional kommunikasiyaların bərpası, infrastruktur layihələrinin miqyasının genişləndirilməsi regiona yeni fürsətlər qazandıracaq”, – deyə Rusiya XİN başçısı vurğulayıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanın xarici ölkərə mal ixracında hansı məhsullar üstünlük təşkil edir? –

Sonrakı məqalə

Siqaretə tətbiq edilən aksiz dərəcəsi artırılır –