Rusiyanın xarici işlər naziri Sergey Lavrov Livanın “Hizbullah” hərəkatının nümayəndə heyəti ilə görüşüb.
Azpost.info bildirir ki, bu barədə RİA-ya XİN-dən məlumat verilib. Ötən bazar ertəsi keçirilən görüş barədə suala cavab verən XİN bu məlumatı təsdiqləyib: “Belə görüşün olduğunu təsdiq edirik”.
XİN görüşün detalları barədə açıqlama verməyib. “Hizbullah” ilə son görüş 2011-ci ildə keçirilib. O zaman Məhəmməd Raad Moskvaya səfər edib.
“Hizbullah” Livanın şiə təşkilatı və siyasi partiyasıdır.