Rusiya XİN başçısı Lavrov “Hizbullah”ın nümayəndə heyəti ilə görüşüb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Livanın “Hizbullah” hərəkatının nümayəndə heyəti ilə görüşüb. 

Azpost.info bildirir ki, bu barədə RİA-ya XİN-dən məlumat verilib. Ötən bazar ertəsi keçirilən görüş barədə suala cavab verən XİN bu məlumatı təsdiqləyib: “Belə görüşün olduğunu təsdiq edirik”. 

XİN görüşün detalları barədə açıqlama verməyib. “Hizbullah” ilə son görüş 2011-ci ildə keçirilib. O zaman Məhəmməd Raad Moskvaya səfər edib.

“Hizbullah” Livanın şiə təşkilatı və siyasi partiyasıdır.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xocavənddə mülki şəxs minaya düşüb

Sonrakı məqalə

Ceyhun Bayramov ATƏT sədri ilə görüşüb –