Rusiya XİN-dən Lavrov-Çavuşoğlu görüşü ilə bağlı- AÇIQLAMA

“Rusiya xarici işlər naziri Sergey Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşü hələlik təsdiqlənməyib. Lakin Moskva Ankaranın təmaslarla bağlı təkliflərini müsbət qiymətləndirir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz Türkiyə tərəfinin gələcək təmaslar üçün konkret təklifini müsbət qiymətləndiririk”, – Zaxarova bildirib.

O, həmçinin əlavə edib ki, Rusiya və Türkiyə sıx dialoq aparır.

Qeyd edək ki, 2022-ci ilin yekunlarına dair mətbuat konfransı zamanı Çavuşoğlu jurnalistlərə bildirib ki, Lavrovla yaxın vaxtlarda danışıqlar aparmağı planlaşdırır.

Azpost.info

Əvvəlki məqalə

“Azərbaycanın da razılığı olmalıdır”

Sonrakı məqalə

“Saakaşvilini mart ayında zəhərləyiblər”