“Azərbaycanın da razılığı olmalıdır”- Kreml Paşinyanın təklifinə cavab verdi

“Qarabağdakı rus sülhməramlılarına BMT mandatı vermək və ya beynəlxalq qüvvələrin regiona cəlb etmək üçün münaqişənin hər iki tərəfinin razılığı lazımdır”.

Azpost.info xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Ermənistan Baş naziri Nikol Paşinyanın bugünkü təklifinə reaksiya verib.

Peskov əlavə edib ki, Rusiya Qarabağda vasitəçilik səylərini davam etdirir və üçtərəfli əsasda əldə olunmuş razılaşmaları yerinə yetirir.

Kreml sözçüsü bildirib ki, dekabrın 27-də Rusiya prezidenti Vladimir Putinlə Paşinyan arasında söhbət zamanı Laçın dəhlizi mövzusu çox ətraflı müzakirə olunub.

“Biz Laçın dəhlizi ətrafında yaranmış gərginlikdən narahatıq. Rusiya tərəfi həm İrəvanla təmasda, həm də Bakı ilə təmasda öz işini və səylərini davam etdirəcək”, – Peskov əlavə edib.

Paşinyan bu gün təklif edib ki, əgər Moskva Qarabağda sabitliyi təmin edə bilmirsə, o zaman Rusiya sülhməramlılarına BMT mandatı verilməsini xahiş etsin və ya regiona əlavə beynəlxalq sülhməramlı missiyanın göndərilməsi məsələsini qaldırsın.

Azpost.info

 

Əvvəlki məqalə

Prezident və birinci xanım “Şabran” İstirahət Kompleksinin açılışında iştirak ediblər

Sonrakı məqalə

Rusiya XİN-dən Lavrov-Çavuşoğlu görüşü ilə bağlı