“Saakaşvilini mart ayında zəhərləyiblər”- Amerikalı ekspert məhkəmədə ifadə verdi

“Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin ağır metallarla ilk zəhərlənməsi bu ilin martında baş verib”.

Azpost.info xəbər verir ki, bunu Saakaşvilinin müayinəsində iştirak edən amerikalı həkim-toksikoloq Devid Smit Tbilisi şəhər məhkəməsinin bugünkü iclasında bildirib.

“Fikrimcə, ağır metallarla ilk intoksikasiya, sonradan bütün bədənə yayılaraq bir sıra orqanlara ziyan vurması mart ayında baş verib”, – o, videobağlantı vasitəsilə danışıb.

Ekspertin sözlərinə görə, zəhərlənmə əlamətləri may ayında Saakaşvilini müalicə üçün “Vivamed” özəl klinikasına aparan zaman aşkarlanıb.

“Beləliklə, o, həbsxanada zəhərləndi”, – Smit qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Rusiya XİN-dən Lavrov-Çavuşoğlu görüşü ilə bağlı

Sonrakı məqalə

“Azərkosmos” azad olunmuş ərazilərdə faydalı qazıntı yataqlarının tapılmasına yardım edəcək