Rusiya Yaponiyaya balıq tutmağa icazə verməyəcək –Rəsmi qadağa

Rusiya hökuməti kvotaya görə ödəniş etməkdən imtina edən Yaponiyadan Cənubi Kuril adalarından balıq tutmaq hüququnu geri götürəcək.

Azpost.info xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Yuri Trutnev bildirib.

“Onlar Kuril adalarından balıq tutmaq üçün kvota ödənişini etməkdən imtina etdilər və buna görə də bu hüquq onlardan geri alınacaq. Özlərini yaxşı cəzalandırırlar, heç köməyə ehtiyacları yoxdur”, – Trutnev deyib.

Rusiya Xarici İşlər Nazirliyi də balıq ovu üçün güzəştli şərtlərlə bağlı Yaponiya ilə razılaşmanı dayandırdığını açıqlayıb. Rusiya tərəfi iddia edir ki, Yaponiya müqavilə çərçivəsində illik ödənişləri dondurub.

Müqavilə 1998-ci ildə imzalanıb və kvota Yaponiyaya hər il təxminən 20 milyon rubla başa gəlir. Kvotaya görə, yapon balıqçıları ildə 2,3 min tona qədər balıq tuta bilir. Mütəxəssislərin fikrincə, yaponlar kvota ilə icazə verilən məbləğin yarısından da az balıq tuturlar.

Azpost.info

Əvvəlki məqalə

“Rusiya qazına embarqo Avropa üçün dağıdıcı olacaq” –

Sonrakı məqalə

“Qərb Zəngəzurla bağlı rəsmi bəyanatı ciddi qəbul edib” –