“Rusiya Yaxın Şərq ölkələrini təmkinli olmağa çağırır”- KREML

“Rusiya Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən son dərəcə narahatdır və region ölkələrini təmkinli olmağa çağırır”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Moskva siyasi və diplomatik həllin tərəfdarıdır.

“Biz regionda gərginliyin artmasından son dərəcə narahatıq. Bütün region ölkələrini təmkinli olmağa çağırırıq. Gərginliyin davam etməsi heç kimin marağında deyil”, – Kreml sözçüsü bildirib.

Azpost.info

Əvvəlki məqalə

Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaq

Sonrakı məqalə

“Azərbaycan neft-qaz ölkələri üçün örnək olacaq”