“Rusiya Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən son dərəcə narahatdır və region ölkələrini təmkinli olmağa çağırır”.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Moskva siyasi və diplomatik həllin tərəfdarıdır.
“Biz regionda gərginliyin artmasından son dərəcə narahatıq. Bütün region ölkələrini təmkinli olmağa çağırırıq. Gərginliyin davam etməsi heç kimin marağında deyil”, – Kreml sözçüsü bildirib.
Azpost.info