“Rusiya Zelenskini öldürməyi planlaşdırmır”- BMT-dəki nümayəndə

“Rusiya Ukrayna prezidenti Vladimir Zelenskini aradan götürmək fikrində deyil”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.

“Doğrudanmı, Zelenskinin kortejini vurmaq istəsəydik, bunu edə bilməyəcəyimizi düşünürsüz? Əgər sizlərdən hər hansı biriniz bu yolla Kiyev rejiminin liderindən qurtulmağa ümid edirsə, sizi məyus edə bilərəm: bu, bizim planlarımızın bir hissəsi deyil”, – Polyanski deyib.

Onun sözlərinə görə, Rusiya ordusu faktiki olaraq martın 6-da Odessaya zərbələr endirib, lakin hədəf dəniz pilotsuz uçan aparatlarının istehsalı sexi olub.

Polyanski qeyd edib ki, göstərilən hədəf Ukrayna prezidentindən daha vacibdir.

Azpost.info

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.