Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Rusiya Zəngəzur marşrutunda hələlik rol oynamır” –

User 08 Noyabr 2025 - 19:18 (Last updated: 08 Noyabr 2025 - 19:18)
primakov inst

“Rusiya hələlik ABŞ tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin həlli kontekstində hazırlanmış genişmiqyaslı TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) infrastruktur layihəsində aktiv rol oynamır“.

AzPost bildirir ki, bu sözləri Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun direktor müavini Viktoriya Juravleva erməni mediasına müsahiəsində deyib.

V.Juravleva qeyd edib ki,  layihə tamamilə Amerikaya məxsusdur və ABŞ-ın iqtisadi maraqlarını, o cümlədən nadir torpaq metallarına və enerji ehtiyatlarına çıxışı təmin etməyi hədəfləyir: “Rusiya üçün bu, hələlik bir çağırışdır. Eyni zamanda öz strategiyasına inteqrasiya oluna bilsə, regionda iqtisadi əməkdaşlığa qatılmaq üçün bir fürsətdir”.

O əlavə edib ki, Moskva Cənubi Qafqazın bütün ölkələri ilə praqmatik iqtisadi əsasda əməkdaşlıq etməyə hazır olduğunu nümayiş etdirərək bu təşəbbüsə qoşula bilər.

Ekspert həmçinin qeyd edib ki, Vaşinqtonun vasitəçi kimi seçlməsi ABŞ prezidenti Donald Trampın şəxsiyyəti və Amerika administrasiyasının Çinlə rəqabət şəraitində regionda təsirini gücləndirmək istəyi ilə bağlıdır. “Rusiyanın resursları hazırda məhduddur, lakin bu, müvəqqətidir. Moskva bu iqtisadi məkanda öz mövcudluğunu bərpa etməyə və fəaliyyətini artırmağa çalışacaq”, – deyə o əlavə edib.

Rusiyanın Azərbaycanla münasibətlərinə münasibət bildirən ekspert qeyd edib ki, Moskva neytral kurs yürüdür və regionda əlaqələrini şaxələndirməyə çalışır. “Ermənistanla olduğu kimi, Azərbaycanla münasibətlər də dalğalar şəklində inkişaf edir – soyuma və bərpa dövrləri ilə. Bu, regional siyasətin ümumi dinamikasını əks etdirir. Rusiya bütün tərəflərlə iqtisadi cəhətdən faydalı əlaqələrin inkişaf etdirilməsində maraqlıdır”, – deyə Juravleva yekunlaşdırıb.

AzPost.az

Post navigation

Previous: Azərbaycanlı qadın Sona Quliyeva Romada itkin düşüb –
Next: Xankəndidə Zəfər Günü qeyd olunub

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
Azərbaycanda dəmir yollarının 63 faizi elektrikləşdirilib. Bu göstərici Avropa İttifaqında dəmir yolu şəbəkəsinin orta elektrikləşdirilmə səviyyəsi kimi...
Read more about Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?
QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib qht mina01
  • QHT

QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib

User 24 Oktyabr 2026 - 14:20
Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır? market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.