Bu ilin ilk rübündə 161 mindən çox şəxs Rusiya vətəndaşlığını alıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.
“Report” RBK-ya istinadən xəbər verir ki, bununla bağlı statistikanı Rusiya Daxili İşlər Nazirliyi yayıb.
Qeyd olunur ki, son illərdə Rusiya vətəndaşlığı alanların sayı getdikcə artır, 2019-cu ildə isə bu say 497,8 min nəfər olub.
Rusiya vətəndaşlığı alanların əksəriyyəti Ukrayna vətəndaşlarıdır. 2016-cı ilin əvvəlindən 2020-ci ilin birinci rübünə qədər Rusiya pasportları alanlar arasında onların payı 46,6% və ya 676,8 min nəfər təşkil edib.
TOP-10-un sonrakı sıralarda Qazaxıstan (12,9%), Tacikistan (10%), Ermənistan (7,2%), Özbəkistan (6,3%), Moldova (4,8%), Azərbaycan (3,4%), Qırğızıstan (2,7%), vətəndaşlığı olmayan şəxslər (2,4%) və Belarus (1,3%) qərarlaşıb.
Beləliklə, yuxarıda göstərilən müddət ərzində 49,7 min Azərbaycan vətəndaşı Rusiya vətəndaşlığını alıb.