Rusiyada 300 mindən çox sürücü və kuryerə ehtiyac var- RƏSMİ

Rusiyada nəqliyyat və logistika sənayesində kadr çatışmazlığı kəskin şəkildə artıb.

Azpost.info xəbər verir ki, dolmamış vakansiyaların sayı il ərzində 52 faiz artaraq 312,5 minə çatıb.
Bunu hh.ru işə qəbul xidmətinin məlumatları ortaya qoyur.

İlin əvvəlindən yük maşınlarının və xüsusi nəqliyyat vasitələrinin sürücüləri, velokuryerlər, çatdırılma sürücüləri və kuryerlər üçün vakansiyaların sayı durmadan artır. Bunu Rusiya Əmək Nazirliyinin Ümumrusiya Elmi-Tədqiqat Əmək İnstitutu da təsdiqləyir.

Eyni zamanda, hh.ru saytının məlumatına görə, təklif olunan maaşların orta səviyyəsi il ərzində 55 faiz artaraq 106,2 min rubl olub.

Ümumrusiya Elmi-Tədqiqat Əmək İnstitutunun bildirdiyinə görə, sürücü-ekspeditorlar 75 min rubl, velokuryerlər və sürücü-kuryerlər 87 min rubldan çox, xüsusi və yük maşınlarının sürücüləri isə 120 min rubl maaşla işə dəvət olunurlar.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.