Rusiyada aviabiletlər kəskin bahalaşacaq - AÇIQLAMA

“Rusiya daxilində uçuşların 15-30 faiz bahalaşacağı gözlənilir”.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin nəqliyyat nazirinin müavini İqor Çalik bildirib.

Onun sözlərinə görə, hakimiyyət daşımalara subsidiya verməkdən imtina edərsə, aviabiletlərin kəskin bahalaşması qaçılmazdır.

Nazir müavini aviabiletlərin bahalaşmasının uçuşların sayının azalmasına səbəb olacağı barədə xəbərdarlıq edib. Çalik həmçinin əlavə edib ki, hava səyahətləri bazarına Rusiyanın cənubundakı 11 hava limanının bağlanması da təsir edir: “Onlar Ukraynada müharibə başlayandan sonra fəaliyyətini dayandırmalı olublar. Onlardan ən azı ikisi açılsa, bu, vətəndaşların səyahət imkanlarını xeyli genişləndirəcək”.

Aviasiyada yay mövsümü martın sonundan oktyabrın sonuna qədər davam edir. Ötən il aviaşirkətlər sanksiyaların vurduğu itkiləri ödəmək üçün bu müddət ərzində dövlətdən 100 milyard rubl alıblar. Eyni məqsədlər üçün subsidiyalar qış mövsümündə – noyabrdan mart ayına qədər ayrılıb, lakin bu dəfə məbləğ cəmi 25,3 milyard rubl olub.

Azpost.info

Əvvəlki məqalə

“Bu sanksiya paketi çəkic zərbəsi olacaq”

Sonrakı məqalə

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yeni rəisi kollektivə təqdim edilib