Rusiyada azərbaycanlı diaspor rəhbəri koronavirusdan ölüb

Rusiyanın Voronej vilayətindəki Azərbaycan diasporunun sədri Eldar Sadıxov koronavirusdan vəfat edib.

Voronejdəki Xəzər ictimai təşkilatının sədri Eldar Əliisa oğlu Sadıxov avqustun 16-da 61 yaşında COVID -19 virusuna yoluxması nəticəsində vəfat edib.

Onun nəşi Azərbaycana göndərilib.

Qeyd edək ki, Eldar Sadıxov uzun illər Voronejdəki Azərbaycan diasporuna rəhbərlik edib. Voronej vilayətinin ictimai həyatında fəal rol oynayan həmyerlimiz vilayətin regional milli palatasının üzvü olub.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda ən çox qaçqın Əfqanıstandandır –

Sonrakı məqalə

“Vəkil mənə müraciət edib, prokurorluğu gözləyirəm”-