Rusiyada azərbaycanlı miqrantlar yeni sənəd almalı olacaq –Uzun müddət qalmaq üçün

Rusiya hakimiyyəti ölkə ərazisində uzun müddət qalmaq üçün bütün miqrantlara 10 il müddətinə vahid elektron sənəd almaq öhdəliyini qoyacaq.

TASS bu barədə Rusiya Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Xarici vətəndaşın Rusiya Federasiyasında uzun müddətli qalma hüququ əldə etməsi üçün elektron məlumat daşıyıcısı olan vahid sənəd alması mütləq şərtdir. DİN nümayəndəsinin sözlərinə görə, elektron sənəddə sahibin haqqında qrafik və mətn formatlı məlumatlar saxlanılacaq. DİN yeni sənədin nə vaxt tətbiq olunacağını dəqiqləşdirməyib. Hazırda müvafiq normativ aktlarin işlənilib hazırlandığı bildirilir.

Aprelin 16-da Rusiya MDB ölkələrindən olan 1 milyondan çox qanunsuz miqrantın 15 iyuna kimi Rusiyadan çıxmasını tələb edib. Bu barədə bəyanatla MDB Parlamentlərarası Assambleyasında Rusiya Daxili İşlər Nazirliyinin nümayəndəsi çıxış edib.

Lakin aprelin 21-də DİN miqrantların ölkədə qalma müddətinin uzadılacağını vəd edib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Rusiyada Azərbaycandan olan 120 min qanunsuz miqrant qalır. 2020-ci ildə Rusiyadakı miqrantların ümumi sayı 6 milyona yaxın olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ Kosmosu aktiv hərbi əməliyyatlar zonası elan edib

Sonrakı məqalə

Əsəbləri sakitləşdirən keşniş –