Rusiyada saxta yolla 100 milyon dollar kredit götürən dəstə tutulub –Şəriklərdən biri azərbaycanlıdır

Rusiya “Sberbank”ından saxta yollarla 8 milyard rubl (109 mln. ABŞ dolları) kredit götürən dəstə tutulub.

Bunu Rusiya Daxili İşlər Nazirliyinin (DİN) rəsmi nümayəndəsi İrina Volk bildirib.

Onun sözlərinə görə, polis məlum cinayət işi ilə bağlı üç nəfər şübhəli şəxsi saxlayıb. Saxlanılanlar Rusiyanın Şimal-Qərb regionunda, xüsusi ilə də Sankt-Peterburqda “Spar” mağazalar şəbəkəsini inkişaf etdirən “İnterTorq” firmasının keçmiş əməkdaşlarıdır.

İstintaqın məlumatına görə, 2018-ci ilin yanvarında onlar banka saxta məlumatlar təqdim edərək öhdəliklərini “yerinə yetirmək niyyəti olmayan” kredit müqaviləsi bağlayıblar. Şübhəli şəxslər həmin vəsaiti öz bildikləri kimi xərcləyiblər və qısa müddətdə “İnterTorq” firması iflas edib.

Qeyd edək ki, Rusiya mətbuatı məlum cinayət işi ilə bağlı saxlanılan şəxslərdən birinin əslən azərbaycanlı iş adamı Allahverdi Abdullayev olduğunu yazıb. Onun “İnterTorq” firmasının şəriki olduğu bildirilib.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

YAP-ın Gənclər Birliyinin Şurası ləğv olunub

Sonrakı məqalə

“Ermənistan mina xəritələrini Azərbaycana verməkdən imtina edir” –