Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rusiyada çimərliyə PUA düşdü –

User 03 Avqust 2026 - 18:16 (Last updated: 03 Avqust 2026 - 18:16)
cimerlik dron

Rusiyanın Krasnodar diyarının Gelencik şəhəri yaxınlığındakı Arxipo-Osipovka kəndində çimərlik ərazisinə pilotsuz uçuş aparatının (PUA) düşməsi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Azpost.info xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində təxminən 40 nəfər xəsarət alıb, onlardan 17-si Gelencik, Tuapse və Qoryaçi Klyuç şəhərlərindəki tibb müəssisələrinə yerləşdirilib.

Rusiya Səhiyyə Nazirliyinin nümayəndəsi Aleksey Kuznetsov isə bildirib ki, ağır yaralananlar arasında iki uşaq da daxil olmaqla dörd nəfərin vəziyyəti ağırdır.

Daha sonra Gelencik meri Aleksey Boqodistov yaralıların sayının 47 nəfərə yüksəldiyini açıqlayıb.

Hadisə ilə bağlı yayılan video və fotolarda təyyarə tipli pilotsuz uçuş aparatının insanların istirahət etdiyi çimərlik ərazisinə düşdüyü görünür. Kadrlarda atəş səsləri də eşidilir. Bir sıra media orqanları bunun hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ilə bağlı olduğunu iddia edir.

Qubernatorun ilkin məlumatına görə, hadisə PUA qalıqlarının çimərliyə düşməsi nəticəsində baş verib və hücumun mülki infrastruktura yönəldiyi bildirilir. Ukrayna tərəfi isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Sosial şəbəkələrdə hadisə şahidləri və turistlər hücumdan əvvəl hava həyəcanı siqnalının verilmədiyini, sirenaların səslənmədiyini və çimərlikdən təxliyənin aparılmadığını bildiriblər.

Yerli mənbələrin məlumatına görə, hadisə xalq arasında “Proxorov çimərliyi” kimi tanınan, rəsmi adı “Norilsk Nikel” olan çimərlikdə baş verib. Şahidlərin sözlərinə əsasən, əraziyə iki pilotsuz uçuş aparatı yaxınlaşıb, onlardan biri vurulub.

Bəzi hərbi analitiklər isə hesab edirlər ki, pilotsuz uçuş aparatının çimərliyə düşməsinə hava hücumundan müdafiə vasitələrinin açdığı atəş nəticəsində zədələnməsi səbəb ola bilər. Bu versiya hələlik rəsmi şəkildə təsdiqlənməyib.

https://azpost.info/wp-content/uploads/2026/08/ThreadsDown_Threads_union_brief_s_Media_3955516476585342927_001.mp4

AzPost.az

Post navigation

Previous: Bakı Qızlar Universitetinin tələbələrinin diplomlaru tanınacaq –
Next: Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib –

Oxşar xəbərlər

senator sayed
  • Dünya

Trampın “cihadçı” adlandırdığı namizəd senator seçildi – ABŞ-da İlk müsəlman senator olacaq

User 04 Noyabr 2026 - 13:56
abs iran savas
  • Dünya

ABŞ İranı vurmağa hazırlaşır: CENTCOM zərbə planı hazırladı – Hücum nə vaxt olacaq?

User 04 Noyabr 2026 - 12:27
hormuz
  • Dünya

Hörmüz boğazında 4 ölkəyə güzəşt – İran Çin və Hindistandan pul alır, Qətərdən yox

User 04 Noyabr 2026 - 12:16

xƏBƏR

800x500
  • Sosial

“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs “Trendyol”da!

User 04 Noyabr 2026 - 14:26
Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan “Trendyol” “Super endirim günləri”...
Read more about “Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs “Trendyol”da!
Trampın “cihadçı” adlandırdığı namizəd senator seçildi – ABŞ-da İlk müsəlman senator olacaq senator sayed
  • Dünya

Trampın “cihadçı” adlandırdığı namizəd senator seçildi – ABŞ-da İlk müsəlman senator olacaq

User 04 Noyabr 2026 - 13:56
Restoran açmaq asandır, bəs onu gəlirli saxlamaq niyə çətindir? restoran
  • İqtisadiyyat

Restoran açmaq asandır, bəs onu gəlirli saxlamaq niyə çətindir?

User 04 Noyabr 2026 - 13:36
Google-dan məktəblərə şərt – Süni intellektə “yox” deyənlər axtarış edə bilməyəcək sagird suni intellekt mekteb
  • Sosial

Google-dan məktəblərə şərt – Süni intellektə “yox” deyənlər axtarış edə bilməyəcək

User 04 Noyabr 2026 - 13:26
Saxta insanları tanımağın 8 əlaməti – Psixoloqlar açıqladı yalanci
  • Maraqlı

Saxta insanları tanımağın 8 əlaməti – Psixoloqlar açıqladı

User 04 Noyabr 2026 - 13:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.