Rusiyanın Federal Təhlükəsizlik Xidməti “Hizb-u Təhrir” terror qruplaşmasının 9 üzvünü həbs edib.
Azpost.info bildirir ki, bu barədə FTX-nin ictimaiyyətlə əlaqələr üzrə xidmətindən məlumat verilib. Xüsusi əməliyyat Moskvada, Tatarıstanda və Tümen vilayətində keçirilib.
Məlumatda deyilir ki, saxlanılanlar regionlarda qapalı terror strukturları yaradaraq pul axtarışını təşkil edib, ideoloji təbliğat aparıb və yerli müsəlmanları öz təsiri altına salmağa çalışıblar: “Müəyyən olunub ki, qrupun üzvləri dünyəvi cəmiyyətin dağıdılması, hakimiyyətin zorla devrilməsi yolu ilə xilafət yaratmaqla bağlı doktrina üzrə hərəkət ediblər”.
Cinayət işi açılıb.