Rusiyada dövlət hesabına oxuyan əcnəbilər üçün kvota artırılıb- Ən çox hansı ölkələr müraciət edib?

2022-ci ildə Rusiya universitetlərində dövlət büdcəsindən maliyyələşən yerlərə əcnəbi tələbələrin qəbulu üçün kvota 23 min nəfər müəyyən edilib.

Azpost.info xəbər verir ki, bu da bir il əvvəlkindən təqribən 30 faiz daha çoxdur. Ən çox müraciət Ukrayna, Belarus, Qazaxıstan, Çin və Tacikistan vətəndaşlarından gəlib.

Rusiya Təhsil və Elm Nazirliyindən bildiriblər ki, yeni tədris ili üçün qəbul kampaniyası çərçivəsində Rusiya hökumətinin kvotasına uyğun olaraq dövlət tərəfindən maliyyələşdirilən ali məktəblərdə təhsil almaq istəyən əcnəbi vətəndaşlardan 83,03 min ərizə daxil olub: “2023-cü ilə qədər Rusiya universitetlərində hökumət kvotasına daxil olan əcnəbi tələbələrin sayı 2020-ci ilə nisbətən iki dəfə artacaq və 30 min nəfər təşkil edəcək”.

Nazirlikdən əlavə ediblər ki, əcnəbi tələbələrin ödənişli əsaslarla qəbulu davam edir.

O da məlum olub ki, 2022-ci ilin cəmi iki rübündə Rusiyaya təhsil məqsədi ilə giriş 126,9 min dəfə, keçən ilin eyni dövründə isə 49,5 min dəfə həyata keçirilib. Qazaxıstan, Azərbaycan, Özbəkistan, Tacikistan, Çin, İran və Misir vətəndaşları bu cür girişlərin sayına görə öndədirlər.

Azpost.info

Əvvəlki məqalə

Üzrsüz səbəbdən borcunu ödəməyənlər 7000 manatadək cərimə olunacaq

Sonrakı məqalə

“Rusiya payızda və qışda Avropaya qaz tədarük etməyə hazırdır”