“Rusiya payızda və qışda Avropaya qaz tədarük etməyə hazırdır”- PUTİN

“Rusiya ittihamlara baxmayaraq, payızda və qışda müqavilələr üzrə enerjinin bütün həcmini Avropaya tədarük etməyə hazırdır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya Enerji Həftəsi forumunda deyib.

Onun sözlərinə görə, “Şimal axını”nın qollarından biri işlək vəziyyətdə qalır, Moskva onun vasitəsilə tədarükləri həyata keçirə bilər: Moskva heç kimi və heç nəyi məhdudlaşdırmır, payız-qış dövründə Avropa ölkələrinə əlavə qaz həcmləri verməyə hazırdır. İstəsələr, kranı açsınlar, bu qədər. İndi “top” Avropa İttifaqındadır…”.

Putin qeyd edib ki, Avropaya uzunmüddətli qaz tədarükünün qiymətləri spot bazardakından 3-4 dəfə aşağıdır: “Uzunmüddətli müqavilələrdən istifadə etməklə bunun qarşısını almaq olar”.

Azpost.info

Əvvəlki məqalə

Rusiyada dövlət hesabına oxuyan əcnəbilər üçün kvota artırılıb

Sonrakı məqalə

Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gedib