Rusiyada eks-prezidentin toxunulmazlığı haqqında qanun layihəsi müzakirəyə çıxarılıb

05 Noyabr 2020 - 11:37

Rusiya Dövlət Dumasına eks-prezidentlərin toxunulmazlığı haqqında qanun layihəsi daxil olub.

Azpost.info RİA-ya istinadən bildirir ki, bu barədə Federasiya Şurasının komitə sədri Andrey Klişas bildirib.

Qanun layihəsi Konstitusiyaya düzəlişi nəzərdə tutur. Qanun layihəsində göstərilir ki, eks-prezidentə tutduğu postda vəzifəsini icra etməsi dönəmindən asılı olmayaraq toxunulmazlıq veriləcək.

“Qanun prezidentə fəaliyyət dönəmində vəzifəsini icrası zamanı toxunulmazlıq təminatı verir”-deyə o vurğulayıb.

Klişas izahatında deyib ki, hazırda sabiq prezident vəzifə başında olduğu zaman cinayət və inzibati məsuliyyətə cəlb oluna bilməz.

Beləliklə, qanun layihəsində prezidentin vəzifəsindən getdikdən sonra üçün də toxunulmazlığı ilə bağlı zaman müddəti genişlənir”.

Qanun layihəsi eks-prezidentin toxunulmazlıq prosedurunu dəyişdirir. İndi bunu yalnız Dövlət Dumasının vətənə xəyanət ittihamı əsasında Federasiya Şurası edə bilər.