“Rusiyada hər kəs öz fikrini bildirmək hüququna malikdir, lakin qanuni metodlarla…”
Bunu Rusiya Prezidenti Vladimir Putin “Tatyanin den” münasibətilə ali məktəb tələbələri ilə videokonfrans formatında görüşündə yanvarın 23-də ölkə ərazisində keçirilən icazəsiz aksiyaları şərh edərkən deyib.
“Mən artıq dəfələrlə belə mövzular barədə danışmışam. Qeyd etmək istəyirəm ki, bütün insanlar qanun çərçivəsində öz fikirlərini bildirmək hüququna malikdirlər. Qanundan kənara çıxan hər şey sadəcə əks təsirli deyil, həm də təhlükəlidir. Rusiya öz tarixində dəfələrlə vəziyyətin qanun çərçivəsindən çıxması və bunun cəmiyyəti, dövləti sarsıtmağa gətirib çıxardığı halla qarşılaşıb, hansı ki, bundan təkcə dövləti və cəmiyyəti sarsıdanlar deyil, həm də buna heç bir aidiyyəti olmayan insanlar əziyyət çəkib”, – deyə Rusiya dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, yanvarın 23-də Rusiyanın 38 şəhərində blogger Aleksey Navalnının azad olunması ilə bağlı kütləvi etiraz aksiyaları keçirilib. İcazəsiz keçirilən aksiyalar zamanı polislə etirazçılar arasında çoxlu sayda toqquşma qeydə alınıb. (APA)