Rusiyada Konstitusiyaya düzəlişlər üzrə səsvermə başa çatıb

Rusiyada Konstitusiyaya düzəlişlər üzrə səsvermə başa çatıb, ölkənin qərbindəki – Kalininqrad diyarındakı sonuncu seçki məntəqələri Bakı vaxtı ilə saat 22:00-da bağlanıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd edək ki, Konstitusiyaya düzəlişlər üzrə ümumrusiya səsverməsi 22 aprelə təyin edilmişdi, amma sonra ölkədəki mürəkkəb epidemiologiya vəziyyətə görə səsvermələr təxirə salınmışdı. Daha sonra Rusiya Federasiyasının prezidenti Vladimir Putin bildirdi ki, səsvermə 1 iyulda keçiriləcək.

Epidemiologiya vəziyyəti və əhalinin təhlükəsizliyi nəzərə alınaraq rusiyalıların iyunun 25-dən iyulun 1-dək səs vermələri barədə qərar qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AZAL iyulun 4-də İstanbula əlavə reys yerinə yetirəcək –

Sonrakı məqalə

Mehriban Əliyeva polisləri təbrik edib