Rusiyada son bir gündə 9 623 nəfərə koronavirus diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 124 054 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə 57 nəfər artaraq 1 222-yə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 15 013 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 5 358.
Qeyd edək ki, Rusiya yoluxma halların sayına görə dünyada Türkiyədən sonra 8-ci ölkədir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212ölkə və bölgədə qeydə alınıb.
Dünyadakoronavirusinfeksiyasınaindiyədəkyoluxanlarınsayı3 402 000-iötüb. Bunların 1084606nəfərisağalıb,239 653nəfəriisə ölüb.
ÜmumdünyaSəhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanınadınıCOVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiyaelanedib.