Rusiyada koronavirusa yoluxanların sayı 270 mini ötüb-2537 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 9200 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 272 043 nəfərə çatıb. Son sutka ərzində 119 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 2537 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 63 166 nəfərdir. Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ-dan sonra ikinci yerdə gəlir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bərdədə örüş torpağı tələb edən sakinlər polisə müqavimət göstərib –

Sonrakı məqalə

Bakıda yeniyetməni döyən qızlar saxlanıldı –