Rusiyada koronavirusa yoluxanların sayı 740 minə çatır

14 İyul 2020 - 11:45

Rusiyada son bir gündə daha 6 248 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 739 947 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 175 nəfər artaraq 11 614-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 512 825 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 613 nəfər.