Ermənistan yenidən Dondar Quşçu kəndini atəşə tutub –Müdafiə Nazirliyi

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.

Ermənistan Silahlı Qüvvələri yenidən yaşayış evlərini hədəf alıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, kənd sakinlərinə heç bir ziyan dəyməyib.

Qeyd edək ki, dünəndən Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini 120 millimetrlik minaatanlardan və D-30 topundan atəşə tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyada koronavirusa yoluxanların sayı 740 minə çatır

Sonrakı məqalə

Qubada karantin rejimini pozub futbol oynayanlar cərimələndi –