Rusiyada miqrantlara taksi sürmək qadağan edilə bilər

Rusiya Dumasının deputatları xarici vətəndaşların taksidə, məktəblərdə və tibb müəssisələrində işləməsinə qadağa qoyulmasını təklif ediblər.

Azpost.info xəbər verir ki, müvafiq qanun layihəsini parlamentə Sergey Mironov və “Vahid Rusiya”dan olan deputat Nikolay Aleksyenkonun rəhbərlik etdiyi “Ədalətli Rusiya- Həqiqət naminə” fraksiyası təqdim edib.

Sənəd Dumanın məlumat bazasında yerləşdirilib.

Deputatların fikrincə, yeni normaların tətbiqi iqtisadiyyatın müəyyən sahələrində miqrantların artımını dayandıracaq və Rusiya vətəndaşlarını əlavə iş yerləri ilə təmin edəcək.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanın Türkiyədəki Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılır

Sonrakı məqalə

Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödənilib